Dilə (fars. ديله) — İranın Gilan ostanının Astara şəhristanı ərazisinə daxil olan kənd.
Kənddə 2006-cı il siyahıya alınmaya görə 71 nəfər yaşayır (12 ailə).
Çöllüyə çəkmək taktikası
Çöllüyə çəkmək taktikası — qədim türklərdə yaranmış, Səlcuq imperiyası tərəfindən də istifadə olunmuş döyüş taktikası. Ordunun avanqard bölmələri gecə-gündüz fasiləsiz olmaq şərti ilə qarşıdan irəliləyən düşmən qüvvələrinə sağ və sol cinahdan hücum edir. Bu taktiki hücum kiçikmiqyaslı olsa da, düşmən ordusunu yorur. Hücumu həyata keçirən əsas ordu çöllüyə doğru geri çəkilir. Burada əsas məqsəd düşmən qüvvələrini susuzluqla baş-başa buraxmaqdır. Düşmən qüvvələrinin keçdiyi yol boyu su quyuları məhv edilir. Düşmən qüvvəsinin ordusu susuzluq və yorğunluqdan hərəkət qabiliyyətini itirir. Bu taktika ilə məqsədə çatılır.
Ver Sözə Ehya ki... (1989)
Filmdə dahi şair Məhəmməd Füzulinin söz hikmətindən söhbət açılır. Filmdə iştirak edən alim və xanəndələr məşvərət məclisində Füzulinin qəzəllərindəki mənaları açmağa çalışırlar.
Ver sözə ehya ki... (film, 1989)
Filmdə dahi şair Məhəmməd Füzulinin söz hikmətindən söhbət açılır. Filmdə iştirak edən alim və xanəndələr məşvərət məclisində Füzulinin qəzəllərindəki mənaları açmağa çalışırlar.